Şənbə-bazar günləri baş verən yol qəzalarında 8 nəfər ölüb, 26 nəfər yaralanıb






Azərbaycanda çoxsaylı insan itkisi ilə nəticələnən yol qəzaları davam edir.
Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, şənbə və bazar günləri ölkənin avtomobil yollarında 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 8 nəfər ölüb, 26 nəfər xəsarət alıb.