Bakıda rekord temperaturda isti olacaq

Avqustun 20-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 24-28, gündüz 36-39, yarımadanın bəzi yerlərində 41 dərəcəyədək isti olacaq.
Sabah Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 43 dərəcə, dağlarda gecə 15-19, gündüz 27-32 dərəcə isti olacaq.