İki gündə 4 nəfər dənizdə boğulub





Azərbaycanda 4 nəfər suda boğulub. Lent.az-nın Daxili İşlər Naziriliyin saytına istinadən məlumatına görə, Bakı şəhər sakini Elşad Alməmmədov Pirşağı çimərliyində, Bərdə rayon sakini Miryaqub Qarazadə Ağcabədi rayonunun Qaravəlli kəndində Yuxarı Qarabağ kanalında, Quba rayonunun Qaraçay kənd sakini Həzrət Səlimov kənddəki göldə , Quba şəhər sakini Əliağa Əliyev Xaçmaz rayonu Muxtadır qəsəbəsində dənizdə çimərkən suda boğulub.
Onların meyitləri çıxarılıb.