Azərbaycanda əsgər özünü güllələyib






 Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Mühafizə Alayının əsgərinin ölməsi ilə bağlı məlumat yayıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Biləsuvar rayonundan müddətli həqiqi hərbi xidmətə çağırılmış, 1994-cü il təvəllüdlü, sıravi Təhməzli Fərid Aslan oğlu avqustun 18-də saat 19:20 radələrində xidmət etdiyi postda ona təhkim olunmuş silahdan özü tərəfindən açılmış atəş nəticəsində ölüb.
Faktla bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
* * *
10:20
 Azərbaycanda daha bir əsgər ölümü baş verib.
APA-nın məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayında qeydə alınıb. Əsgər Təhməzli Fərid Aslan oğlu tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.