MİLLİ QƏHRƏMAN ÇİNGİZ MUSTAFAYEVİN AD GÜNÜ QAFQAZ MOTOFESTi İLƏ QEYD OLUNACAQ





Milli Qəhrəman Çingiz Mustafayevin doğum günü münasibəti ilə avqust ayının 29-30-da Şəkidə Qafqazın ilk Moto Festivalı keçiriləcək.

Festivala Azərbaycandan və xaricdən baykerlər qatılacaq, o cümlədən, məhşur musiqiçilər - Bon Jovien, Michael Caksoun oxşarının, Rolling Stones və s. canlı ifaları təqdim olunacaq. Təqdbirdə yerli musiqiçilərin də iştirakı planlaşdırılır.

CAUCASUS MOTO FESTi Harley Davidson, "Baku HOG Azerbaijan”, Şəki İcra Hakimiyyəti və Çingiz Mustafayev Fondunun təşkilatçılığı ilə həyata keçirilir.

Festival çərcivəsində 29 avqust 21:30–22:30-dək Bon Jovienin, 22:30– 23:30-dək Rolling Stonesin, 30 avqust tarixində saat 21:30–22:30-dək isə Michael Caksonun bənzərinin çıxışı gözlənilir. Bundan əlavə, festival çərçivəsində milli oyunlar, rəqslər nümayiş etdiriləcək və yerli müğənnilərin ifaları səslənəcək.

Tədbirə motobrendlər, motoklublar, moto mədəniyyət aləmilə maraqlananlar, ümumiyyətlə, maraqlı gün keçirmək istəyən hər kəs qatıla bilər. Tədbir bol əyləncə, testdrayv, adrenalin və azadlıq ruhunu hiss etmək istəyən hər kəs üçündür. Tədbirə giriş pulsuzdur.

Festivalda yarmarkaların da təşkili planlaşdılır. Yarmarkalarda moto brendlər, moto və digər aksesuarlar, Azərbaycanın mədəniyyətini əks etdirən əşyaların satışı nəzərdə tutulur.

Yarmarkalar üçün xüsusi çadırlar qurulacaq. Həmçinin baykerlərin gecələməsi üçün xüsusi çadır şəhərçiyi də təşkil olunacaq.

Milli Qəhrəman Çingiz Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. O, 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı "Cəngi” birliyindəki fəaliyyətilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib.

Çingiz Mustafayev Ermənistan-Azərbaycan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsl salnaməsini yaradıb. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalı soyqırımı ilə bağlı çəkdiyi kadrlarla tanıdı. Çingiz Mustafayevin bu kadrları ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı.

O, döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. Çingiz Mustafayev cəbhədə bir əsgər, zabit, hətta komandan kimi bir çox vəzifəni öz üzərinə götürürdü.

Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədə də həlak oldu. 1992-ci ilin iyun ayının 15-də Qarabağın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi. Bu həm də onun öləndən sonra da yaşayacağına işarə idi.

Çingiz Mustafayev həm də Azərbaycanda ilk DJ sənətini Azərbaycana gətirib. Məhz onun rəhbərliyilə Azərbaycan gəncləri bu sənəti sevdilər.