Antibiotiklərin əlavə təsiri nəticəsində 11 nəfər xəstəxanaya yerləşdirilib





 Azərbaycanda avqust ayı ərzində dərmanların əlavə təsiri nəticəsində allergik reaksiyadan zərər çəkən 11 nəfər xəstəxanaya yerləşdirilib.
Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, onların hər birinə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. A. Maqsudov qeyd edib ki, dərmandan zəhərlənmə hallarının hamısı Bakı şəhərində qeydə alınıb: "Əsasən antibiotiklərin təsiri nəticəsində belə hallar qeydə alınır”.
A.Maqsudov əlavə edib ki, may ayında sirkə turşusundan 3 zəhərlənmə hadisəsi baş verib. Bunlar Bakının Nizami, Xəzər və Nərimanov rayonlarında qeydə alınıb.