Rusiya prezidenti tanıdı

Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib



 "Rusiya bəzi nüanslara baxmayaraq Poroşenkonu tanıyıb".

ANS PRESS İTAR-TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. Nazirin sözlərinə görə, Moskva nəzərə alır ki, Poroşenko mandatından müharibəni dayandırmaq üçün istifadə edir.

Qeyd edək ki, 25 mayda Ukraynada növbədən kənar prezident seçkiləri keçirilib. Seçkidə Pyotr Poroşenko qələbə qazanıb. Seçki komissiyasının məlumatına görə, o seçicilərin 54,7% səsini yığıb.

Poroşenkonun inaqurasiyası 7 iyunda keçirilib. Mərasimdə Rusiya Federasiyasının Ukraynadakı səfiri Mixail Zurabov RF-ni təmsil edib.