İran İsrailin pilotsuz təyyarəsini vurdu





İran İnqilab Keşikçiləri Korpusu İsrailə məxsus pilotsuz təyyarənin vurulduğunu bəyan edib.

ANS TV-nin məlumatına görə, İranın Əl-Əlam televiziyasında bildirilib ki, pilotsuz təyyarə Tehrandan 240 kilometr aralıda Natanz nüvə obyektinin yaxınlığında vurulub.

İran ordusu ötən gün ölkənini yeni raketlərini və pilotsuz uçuş aparatlarını təqdim etmişdi.