Başı kəsildikdən sonra aşbazı öldürdü





Çində bir restoranda işləyən aşbaz, "ilan şorbası" hazırlayarkən həyatını itirdi. "Daily Mail" qəzetinin internet saytında yer alan xəbərə görə Çində olduqca məşhur olan ilan şorbası üçün Peng Fen adlı aşbaz gətirilən ilanın başını kəsib geri qalanını yemək üçün hazırlamağa qoyuldu. Ancaq təxminən 20 dəqiqə sonra kəsdiyi ilan başı tərəfindən əlindən dişlənilən aşbaz dərhal can verdi. Yaşanan hadisə sonrası həm restorana gələn müştərilər, həm də aşbazın iş yoldaşları şoka düşdü. Mütəxəssislər, başda ilan olmaqla bəzi sürünənlərin başlarının gövdələrindən ayrıldıqdan sonra təxminən 1 saat sağ  qaldığını ifadə edirlər.