Erməni səfirin oğlu qaçaqmalçı çıxdı




Ermənistanın Gürcüstandakı səfirinin oğlu David Vardanyana qarşı qaçaqmalçılıq və narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə bağlı ittiham irəli sürülüb.
APA – nın "aysor.am” saytına istinadən verdiyi məlumata görə, məhkəmə prosesində D. Vardanyanın 4 il müddətinə həbs edilməsi ilə yanaşı, əmlakının müsadirə olunması istənilib.
Yekunda dövlət ittihamçısı məhkəmədən səfir oğluna 4,5 illik həbs cəzasının verilməsini tələb edib.