Məşhur müğənni maniküruna 56 min xərclədi

İfaçı dırnaqlarını üzərində brilliant və digər dəyərli qaşlarla bəzədib




Kaliforniyada ənənəvi olaraq MTV Video Music Awards 2014 mükafatlandırma mərasimi keçirilib.
ANS PRESS-in məlumatına görə, qırmızı xalça üzərində məşhur müğənnilər Cenifer Lopez, Beyons, erməni porno ulduzu Kim Kardaşyan və bir neçə tanınmışlar geyimlərini nümayiş ediblər. Bu il keçirilən şou iştirakçılarının arasında isə qaradərili Beyons, Teylor Svift, Maroon 5, Rita Ora, Nikki Minaj və digərləri olub. İfaçı Rita Oranın xalça üzərinə çıxması xüsusi diqqət çəkib, sənətçinin qırmızı atlas parçadan hazırlanmış kürəyi açıq və dərin yarıqlı libası göz qamaşdırıb.

Ora geyimindən əlavə olaraq dırnaq maniküruna da xüsusi diqqət yetirib. Cazibədar xanım "MTV Video Music Awards 2014" üçün xüsusi olaraq dırnaqlarını üzərində brilliant və digər dəyərli qaşlarla manikür etdirib. Sənətçi dırnaq dizaynerinin yaratdığı bu işə 56 min dollar pul verdiyini deyib.