Bakıda 2 yaşlı uşaq nənəsinin evində öldü

Faciəvi hadisədə Görədil bağları yeni yaşayış sahəsində baş verib



 Bakının Binəqədi rayonu ərazisində faciəvi hadisə baş verib.  Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, faciəvi hadisədə 2 azyaşlı uşaq ölüb.
Hadisə dünən baş verib. Axşam saatlarında 2 yaşlı Ramal Tarıquliyev Görədil bağları yeni yaşayış sahəsində yaşayan nənəsinin evinə qonaq gedib.
Uşaq həyətindəki hovuza düşərək suda boğulub.
Faktla bağlı araşdırma aparılır.