3 gün də dözün: Avqustun 30-dan etibarən temperatur nisbətən enəcək






Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, avqustun 29-dan 30-na keçən gecədən başlayaraq paytaxt Bakıda cənub-şərq küləyi şimal-qərb küləyi ilə əvəzlənəcək. Avqustun 30-u hava küləkli olacaq.
Sentyabrın ilk günləri də daxil olmaqla avqustun 30-dan başlayaraq hava nisbətən sərinləşəcək, temperatur enəcək.
Avqustun 29-na kimi isə isti hava şəraiti davam edəcək.
Bu gün Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 23-27, gündüz 33-38 dərəcə isti, yarımadanın bəzi yerlərində 40 dərəcə isti proqnozlaşdırılıb.
Azərbaycanın əksər rayonlarında havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 14-19, gündüz 26-31 dərəcə isti qeyd edilib.