Azərbaycan XİN: Yezidi kürdlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi Cenevrə Konvensiyasının pozulmasıdır






İraqda yaşayan yezidi kürdlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi IV Cenevrə Konvensiyasının 49-cu bəndinin pozulmasıdır.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.
Diplomat qeyd edib ki, ermənilərin bu addımı beynəlxalq hüquqa ziddir: "Erməni tərəfi istənilən durumda münaqişənin həlli prosesinə xələl gətirməyə cəhd edir. Ermənilərin bu qanunsuz əməlləri dəfələrlə ATƏT-in Minsk Qrupunun hesabatlarında da öz əksini tapıb".