XİN: ABŞ-da itkin düşən Azərbaycan vətəndaşının işi nəzarətdədir





Azərbaycanın ABŞ-dakı səfirliyi bu ölkədə itkin düşmüş Azərbaycan vətəndaşı Evelina Vəlibəyovanın işini nəzarətdə saxlayır.
APA – nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.
E. Abdullayev qeyd edib ki, səfirliyin əməkdaşları işi araşdıran prokurorluq nümayəndələri ilə əlaqə saxlayırlar.
Xatırladaq ki, Azərbaycan vətəndaşı E. Vəlibəyova 2011-ci ildə ABŞ-da itkin düşüb. Bu işdə şübhəli bilinən şəxs artıq saxlanılıb.