Milli Məclis yaxınlığında özbaşınalıq

Paytaxtda daha bir kütləvi ağac kəsimi qeydə alınıb



Paytaxtda daha bir kütləvi ağac kəsimi qeydə alınıb.
ANS PRESS-in müxbirinin verdiyi məlumata görə, Milli Məclisin binasının arxasındakı poliklinikada təmir işləri ilə əlaqədar iş gedir. Söküntü-təmir işləri ilə əlaqədar poliklinikanın ətrafındakı xeyli sayda ağac kəsilib.
Ərazidə işləyən fəhlələr çinar və şam ağaclarını kökündən kəsərək "KamAZ"a doldurublar.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlutmaldırılıb. Nazirlikdən bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.