İnterpol Hüseyn Abdullayevlə bağlı axtarışı dayandırıb





Beynəlxalq Polis Təşkilatı (İnterpol) avqust ayından sabiq millət vəkili Hüseyn Abdullayevlə bağlı axtarışı dayandırıb.
"Yeni Müsavat" qəzetinin bildirdiyinə görə, bu barədə sabiq deputat özü məlumat verib.
Onun sözlərinə görə, vəkillərinin "İnterpol"la yazışmasının nəticəsinə görə, avqust ayından onun haqqında axtarış bu qurumun rəsmi veb səhifəsindən çıxarılıb.
Qeyd edək ki, Hüseyn Abdullayev hazırda Almaniyada yaşayır.