6 yaşındadır, hələ də əmizdirir





Maha Al Musa adlı qadın bu il 7 yaşına qədəm qoyacağına baxmayaraq qızını hələ də əmizdirir. Bu hadisə müzakirələrə səbəb olub.

Üçüncü uşağını 46 yaşındaykən dünyaya gətirən 52 yaşlı Maha Al Musa qızını əmizdirməkdən şikayət etmir. Qadın, qızı nə vaxt istəsə o zaman əmiziyi buraxacağını söyləyir. Maha, 10 yaşında əmmək istəsə belə buna qarşı çıxmayacağını ifadə edir. Bu il 7 yaşına çatan qızı Aminahı səhərlər və axşamları əmizdirən Maha, bu halından peşman olmadığını dilə gətirir.