Poroşenko Bakıya gələcək

Ukraynanın Azərbaycandakı səfiri bu barədə açıqlama verib



Ukrayna prezidenti Vetro Poroşenkonun Azərbaycana səfəri planlaşdırlır. Bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko bu gün keçirilən mətbuat konfransında deyib. O, ölkəsində keçirilmiş parlament seçkilərinin yekununu şərh edib.
O, Azərbaycanın dövlət başçısının Ukraynaya səfərini xatırladıb. Səfir Azərbaycanla dostluq əlaqələrinin daima olduğunu qeyd edib.
"Səfərin dəqiq tarixi diplomatik kanallar vasitəsilə müəyyənləşdiriləcək. Bununla bağlı danışıqlar aparılır".
Səfir prezidentin səfəri haqqında Azərbaycan və Ukrayna Prezidentləri Şurasının iclasından sonra daha konkret danışmaq mümkün olacaq.