Məktəbli oğlan faciəvi şəkildə öldü

Avtomobil 6-cı sinifdə oxuyan şagirdi vurub




Bu gün Xaçmaz rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun məlumatına görə, hadisə rayonun Xudat şəhərində qeydə alınıb.
Mirzə Fətəli Axundov küçəsində 1984-cü il təvəllüdlü Saleh Telman oğlu Məmmədov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən piyada, 2003-cü il təvəllüdlü Nəbiyev Məhəmməd Emrus oğlunu vurub. Piyada hadisə yerində ölüb.
M.Nəbiyev orta məktəbin 6-cı sinif şagirdi olub. Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.