Sergey İvanovun oğlu faciəvi şəkildə öldü






Rusiya prezident administrasiyasının rəhbəri Sergey İvanovun oğlu Aleksandr İvanov məzuniyyətini keçirdiyi Birləşmiş Ərəb Əmirliklərində ölüb.
APA-nın "RBK” saytına istinadən verdiyi xəbər görə, öz qızı ilə dalğalı dənizdə çimən S. İvanov boğulub. Uşağı isə xilas etmək mümkün olub.
37 yaşlı A. İvanov "Vneşekonombank” dövlət korporasiyasının sədr müavini vəzifəsində çalışırdı.