30 saat sonra tapılmışdı

Prokuror Pamirin anasının 6 ilə qədər həbs olunmasını istədi
“Atanin mühakimə olunmasına ehtiyac yoxdur”







   



Sarıyerdəki evindən çıxdıqdan sonra itən və təxminən 30 saat davam edən axtarışlardan sonra qonşu evin hovuzunda ölü tapılan 3,5 yaşındakı Pamir Tikdiyin ölümünə bağlı hazırlanan iddianamədə, ana Süverce Tikdiyin, "ölümə səbəb olma” cinayətinə görə 6 ilə qədər həbslə cəzalandırılması istənildi.

İstanbul Respublika Prokuroru Levent Çağılın hazırladığı iddianamədə, Pamirin anası Süverce Tikdiyin, qorunmağa möhtac 3,5 yaşındakı oğulu üçün lazımlı diqqəti göstərmədiyi qarşıya qoyuldu. Tikdiyin, "ölümə səbəb olma” suçuna görə 6 il arasında dəyişən həbs cəzasına məhkum olunması istənildi. Hesabata görə, kiçik uşağın "boğulma nəticəsində öldüyünün” təyin olunduğu iddianamə, təsdiq üçün İstanbul Respublika Baş prokurorluğuna təqdim edildi.

"Atanin mühakimə olunmasına ehtiyac yoxdur”

İstintaqı icra edən Prokuror Levent Çağılın, yaşı kiçik olan Pamir Tikdiyin məsuliyyətinin anada olduğu səbəbi ilə ata Sərdar Tikdik haqqında təqibsizlik qərarı verdiyi öyrənildi.

Pamir Tikdik, evlərindən 4 aprel səhəri, anası və atası evdə yatarkən ayrılmış, ondan xəbər çıxmayınca, jandarma, axtarış-arama və xilasetmə qrupları ilə yüzlərlə vətəndaş tərəfindən ətrafda axtarılmışdı. Kiçik uşağın cəsədi, itdikdən 30 saat sonra, qonşu evin palçıqlı hovuzunda dalğıclar tərəfindən tapılmışdı.