Gürcüstanda iqtidarda olan koalisiya dağıldı

Gürcüstanın NATO-dakı səfiri də istefa verib
“Bizi “Gürcü arzusu”nun ofisində Bidzina İvanişvili qarşılasa da, diskussiya alınmadı”













 


                                          


Gürcüstan iqtidarda olan "Gürcü arzusu” koalisiya dağılıb. İstefaya göndərilən müdafiə naziri 
 İrakli Alasaniyanın lideri olduğu "Azad demokratlar” partiyası koalisiyanın parlamentdəki fraksiyasını tərk edib.
İ. Alasaniya bildirib ki, bu gün (dünən) koalisiyaya daxil olan partiyaların rəhbərləri ilə görüş keçirilsə də, konstruktiv dialoq baş tutmayıb. Buna baxmayaraq, o, koalisiya üzrə tərəfdaşları ilə sivil şəkildə vidalaşdığını deyib. "Bizi "Gürcü arzusu”nun ofisində Bidzina İvanişvili qarşılasa da, diskussiya alınmadı. Ona görə ki, biz bura İvanişvili ilə danışmaq üçün gəlməmişdik. Mən sabiq tərəfdaşlarla bizi bu addımı atmağa vadar edən səbəblər barədə danışmaq istəyirdim. Təəssüf ki, söhbətimiz baş tutmadı. Amma mən əminəm ki, gələcək siyasi həyat bizə Gürcüstana xidmət etmək üçün şans verəcək”, - deyə İ. Alasaniya vurğulayıb.

Dünən Gürcüstanın NATO-dakı səfiri istefa verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə səfir Levan Dolidze dünən baş nazir İrakli Qaribaşviliyə məlumat göndərib.

Xəbəri L. Dolidze "Mayestro” televiziyasına təsdiqləyib. Qeyd edək ki, Gürcüstanın NATO-dakı səfiri Levan Dolidze Gürcüstan parlamentinin Avropa və avrointeqrasiya komitəsinin sədri Viktor Dolidzenin qardaşıdır. V. Dolidze İrakli Alasaniyanın lider olduğu "Bizim Gürcüstan-Azad demokratlar” partiyasının liderlərindən biridir.