Ərturqut Əliyev FHN-də artıq işə başlayıb

Elçibəyin ailəsi kommunal borclarını da ödəyib qurtarıb



Milli Azadlıq Hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev Fövqəladə Hallar Nazirliyinə işə düzəlmək üçün keçdiyi təlimləri başa çatdırıb.

Bu barədə "Şərq”ə Ə.Elçibəyin qardaşı Almurad Əliyev bildirib. Onun sözlərinə görə, Ə.Əliyev artıq işə başlayıb: "Ərturqutu yuxarıdan tapşırıblar. Yüz faiz əminəm ki, maaş da alar”.
Dövlət büdcəsində eks-prezidentlərə ayrılan vəsaitin ödənilməsinə gəlincə, A.Əliyev bildirib ki, dövlət həmin vəsaiti vaxtlı-vaxtında verir: "Hər ay alırlar. Bu da onların dolanışığını yaxşılaşdırır”.
Bəyin ailəsinin kommunal xidmətlərlə bağlı borclarına gəlincə, həmsöhbətimiz qeyd edib ki, həmin borclar da ödənilib: "Borc qalmayıb”.

Ayyət Əhməd