Möcüzə: Körpə 268 qram çəki ilə doğuldu və sağ-salamat evə buraxıldı – Həkimlər şokda + Fotolar

Yaponiyada dünyanın ən aşağı çəkili oğlan uşağı anadan olub.
"Sherg.az” Fransanın "sciencesetavenir.fr”ə istinadən xəbər verir ki, həmin körpə 5 ay bundan öncə, erkən doğuş nəticəsində 268 qram çəki ilə dünyaya gəlib.
Bu körpə 5 ay xəstəxana şəraitində saxlanıldıqdan sonra 3 kilo 238 qram çəki ilə bu gün evə buraxılıb. Körpənin qidalanması, səhhəti və inkişafı qaydasında olub.
Dünyada bu çəkidə doğulan körpənin sağ qalması kimi vəziyyətə rast gəlinməyib. Həkimlər də bu uşağın sağ qalmayacağını düşünüblər. Lakin mözücə nəticə uşaq sağ qalıb.
Yaponiyanın paytaxtı Tokioda yerləşən Keyo Tibb Universitetinin (həm də xəstəxanadır) verdiyi məlumata görə, uşağın səhhəti tam normalıdr və onun gələcək inkişafında heç bir qüsur olmayacaq: 
"O körpə xəstəxanadan evə buraxılarkən sağlıq durumu və qidalanması normal idi. 22 həftəliyində doğulan körpə 5 ay neantoloji xidmətdən sonra normal çəkiyə gəlib. 
Evə buraxılarkən o körpə ana südü və digər qidalar da qəbul edə bilirdi.
Tərcümə etdi: Ayyət Əhməd