Petro Poroşenko ölkəsinin Azərbaycanda yeni səfirini təyin etdi




Ukrayna prezidenti Petro Poroşenko ölkəsinin Azərbaycanda yeni səfirini təyin edib.
Trend-in məlumatına görə, müvafiq fərman Ukrayna prezidentinin saytında yerləşdirilib.
Fərmana əsasən, Uklraynanın Azərbaycandakı yeni səfiri Vladislav Kanevski təyin olunub. Vladislav Kanevski əvvəl Ukrayna XİN-in Katibliyi Departamentinin Təhlil və Planlaşdırma şöbəsinin müdiri - Departament direktorunun müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, Ukraynanın Azərbaycandakı öncəki səfiri Aleksandr Mişenko ölkəmizdə özünün diplomatik missiyasını başa vurub.