Türkiyə ordusu İraqa girir

Xüsusi təyinatlılar İŞİD-ə qarşı İraqın şimalına göndərilir



Türkiyə İŞİD-ə qarşı peşmərgələrə hərbi dəstək vermək üçün qərar çıxarıb.
Türkiyə İŞİD-ə qarşı peşmərgələrə təlim keçmək üçün Silahlı Qüvvələrin "Bordo Bereliler" adı ilə tanınan xüsusi təyinatlılarını İraqın şimalına göndərir. Türkiyə mətbuatının yazdığına görə, xüsusi təyinatlıların İraqa göndərilməsi üçün bir aya yaxındır ki, işlər aparılırdı.
Məsələ ilə bağlı İraqda səfərdə olan Əhməd Davudoğlu da "Bordo Bereliler"in İraqa göndəriləcəyini təsdiqləyib.(anspress)
"İraqın təhlükəsizliyi Türkiyə üçün həyat məsələsidir. Türkiyə İraqın kürd bölgəsinin təhlükəsizliyi üçün hər cür dəstəyi verəcək. Bu, tarixi, insani və strateji bir məsələdir. Peşmərgələrə təlim keçilməsi məsələsini də müzakirə etmişik. Bundan sonra dəstəyimiz olacaq", deyə Davudoğlu bildirib.