Gülən öldü: Fətullah Gülənə ağır itki





Fətullah Gülənin ailəsində itki. ANS PRESS-in məlumatına görə, Nurçuların- Gülən camaatının lideri, hazırda ABŞ-da yaşayan Fətullah Gülənin qardaşı ölüb.
72 yaşlı Seyfullah Gülən bir müddətdir müalicə edildiyi Türkiyənin Ərzurum şəhərindəki xəstəxanada keçinib.
O 4 ay öncə infarkt keçirmişdi. Müalicəni də məhz ürəyindəki problemlərlə bağlı alırdı. Gülən xəstəxanada olduğu müddətdə, yəni bir ay öncə iflic olmuş və reanimasiyaya köçürülmüşdü. O, süni tənəffüs aparatına qoşulmuşdu.
Atatürk Universitetində çalışan və buradan təqaüdə çıxan S.Gülən 9 uşaq atası idi. Onun oğlanlarından biri STV-də aparıcıdır.