""Sovetski"dən qanunsuz olaraq heç kim çıxarılmayacaq"




 ""Sovetski” adlanan ərazidə kiçik yaşayış sahəsi olan evlərin sahiblərinə kompensasiyaların verilməsi məsələsi ilin sonuna kimi - yaxın bir, bir ay yarım ərzində həll ediləcək". Bunu jurnalistlərə açıqlamasında Baş nazirin birinci müavini Abid Şərifov bildirib.
A.Şərifov hələlik kiçik sahəyə malik evlərlə bağlı qərar qəbul edilmədiyini və heç kimin onları köçməyə məcbur edə bilməyəcəyni deyib. O, bu məsələnin gələn ilin əvvəlində həll ediləcəyini düşündüyünü deyib. Onun sözlərinə görə, indiyədək "Sovetski”də 1800 ailəyə kompensasiya verilib, 600 obyekt sökülüb.
Qeyd edək ki, "Sovetski"də söküntü işləri bir necə aydır ki, başlayıb. Adıçəkilən ərazidə yaşayanlara evlərin hər kvadratmetri üçün 1500 manat kompensasiya ödənilir.