Poroşenko dua etdi

Ukrayna prezidenti bu səhər ölkəsi üçün Allaha yalvardı



Ukrayna prezidenti Petro Poroşenko ölkəsi üçün dua edib.
ANS PRESS-in məlumatına görə, Poroşenko bazar səhərini Mixaylovsk kilsəsində baş tutan dua mərasimində keçirib.
Ukrayna üçün olunan dua mərasimi bu gün Kiyev vaxtı ilə səhər saat 7-00-da başlayıb.
Xidmət vaxtının başlamasından bir saat yarım vaxt əvvəl dövlət başçısı həyat yoldaşı Marina Poroşenko ilə birgə şam yandırıb və dua ediblər.
Ukrayna üçün təşkil olunan dua mərasimi Maydanda "Yaddaşın gecəsi” aksiyası çərçivəsində 29-dan 30-a keçən gecə baş tutub.
Vətəni üçün dua etməyə iki yüzə yaxın insan gəlib.