Vahid Ələkbərov: "İŞİD bizə təhlükə yaratmır"

"LUKoyl" neft şirkətinin prezidenti İraqın neft naziri Adil Əbdül Mehdi ilə görüşüb




 "İŞİD terror qruplaşması "LUKoyl"-un İraqdakı fəaliyyəti üçün təhlükə törətmir".
Bunu İraqın neft naziri Adil Əbdül Mehdi ilə görüşdən sonra Rusiyanın "LUKoyl" neft şirkətinin prezidenti Vahid Ələkbərov bildirib.
"Biz orada işləmirik, biz cənubdayıq, orada bizim problemimiz yoxdur. İraqın cənubu stabildir", — deyə V.Ələkbərov qeyd edib.