ABŞ Dövlət Departamenti: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Vaşinqtonun mövqeyi dəyişməyib







ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mari Harf Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Vaşinqtonun mövqeyinin dəyişməz qaldığını bildirib.
APA-nın xəbərinə görə, M. Harf Ermənistanın ABŞ-dakı səfirliyinin Dağlıq Qarabağdakı separatçı rejimin "müstəqilliyi” ilə əlaqədar keçirəcəyi qəbula dair sualı cavablandırıb. O deyib ki, ABŞ Konqresində bu cür qəbullar və görüşlərin keçirilməsi mümkündür, lakin dövlətin bu məsələdə mövqeyi dəyişməyib və ABŞ münaqişənin həllini tapmaqda tərəflərə kömək etməyə çalışır.