PKK ilə erməni terror təşkilatlarının bağlantısı var

Sabir Rüstəmxanlı general Vəli Kiçiyin qənaətini doğru sayır




Türkiyənin istefada olan jandarma kəşfiyyat general-mayoru Vəli Kiçik PKK terror təşkilatından danışıb. O bildirib ki, Ankaranın kürd deyil, erməni problemi var. Generalın sözlərinə görə, PKK kürd yox, erməni təşkilatıdır:

"Abdullah Öcalan ad-soyadını dəyişdirərək Türkiyəni bölməyə hazırlaşan separatçı ermənilərin lideridir. Baxın, Ermənistandakı partiya lideri Türkiyədə ad-soyad dəyişdirmiş 4 milyon erməninin Türkiyəni parçalayıb "Qərbi Ermənistan” quracağından dəm vurur. Bu durumda "Qərbi Ermənistan”ın başına kim keçmək istəyəcəkdi? Hrant Dink, yoxsa Sarkisyan? Hrant Dinki Türkiyəyə qarşı bu məkrli planları həyata keçirmək istəyənlər öldürtdürdü. Cinayəti 2 uşağın üstünə atıblar. Diaspora və Sarkisyan kimi mənim də Türkiyə torpaqları üzərində bu qədər böyük iddiam olsaydı, Hrant Dinki mən də yaşatmazdım. Vəziyyət çox mürəkkəbdir. Məhkəmə mənim xaricə çıxmağımı qadağan edib. O yasaq ləğv edilən kimi Azərbaycana gedib lazımi işləri görəcəyəm. Məni bu məsələləri bildiyimə və dilə gətirməyimə görə, 6 il həbsdə saxladılar. Əslində ASALA terror təşkilatına qarşı keçirilmiş əməliyyatların intiqamını məndən aldılar”.

Generalın açıqlamasını dəyərləndirən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı "Şərq”ə bildirib ki, V.Kiçik həmin proseslərdən daha çox məlumatlıdır: "Ona görə də bir söz deyə bilmərəm. Hər halda məlumdur ki, PKK ilə erməni terror təşkilatları arasında əlaqələr mövcuddur. Qarşılıqlı surətdə əməkdaşlıq edir. Terrorçular yetişdirirlər. Biri-birinə yaxından kömək edirlər. Qalan məsələləri deyə bilmərəm”.

Ayyət Əhməd