Putin şəxsi həyatından danışdı: "Lyudmila Aleksandrovna ilə müntəzəm görüşürük"





 Rusiya prezidenti Vladimir Putin bir necə il öncə boşandığı həyat yoldaşı ilə müntəzəm olaraq görüşür.  Bunu Vladimir Putin mətbuat konfransında deyib. O, siyasət və iqtisadiyyatdan bir necə dəqiqiəlik uzaqlaşıb və şəxsi həyatı ilə bağlı suala cavab verib.
Bu barədə sualı isə dövlət başçısına Voronejdən olan jurnalist verib. O, xalasının prezidentin şəxsi həyatı olub-olmamsı barədə sualını çatdırıb.
"Xalanıza salam deyin. Mən də hər şey qaydasındadır", deyə gülərək Putin cavab verib.
O, deyib ki, iş arasında fasilələrdə uşaqları ilə bəzən görüşməyə imkan tapır. "Lyudmila Aleksandrovna ilə dost əlaqələrimiz var və biz müntəzəm görüşürük".
Xatırladaq ki, Vladimir Putin 30 illik həyat yoldaşı Lyudmila Putina ilə 2013-cü ildə ayrılıb. Vladimir Putin boşanma haqqında qərarı birgə qəbul etdiklərini deyib.