Aslanı iynə ilə keyidirlər, selfie çəkdirmək ücün






Argentinadakı "Lujan” zooparkı, günün müəyyən saatlarında ziyarətçilərin aslanlıqla selfie çəkə bilməsi üçün bu heyvanları keyidir.

İynə ilə halsızlaşan aslanlar bir küncə düşüncə, ziyarətçilər içəriyə alınır. Ödəniş qarşılığında qəfəsdən içəriyə girən ziyarətçilər, yarı huşsuz halda olan aslanlarla xatirə fotoşəkili çəkdirir. Hadisənin ortaya çıxmasından sonra heyvan haqqları müdafiəçiləri ayağa qalıxıb. İndidən buranın bağlanılması üçün 10 min imza toplandı. Hərəkətə keçən nazirlik heyvanlarla insanların təmasını qadağan etdi.