Sabiq nazir bu gün yenidən əməliyyat olunacaq





Sabiq təhsil naziri, professor Firudin Cəlilov bu gün yenidən əməliyyat olunacaq. Lent.az-ın modern.az-a istinadən xəbərinə görə, bu barədə eks-təhsil nazirinin Ankarada yaşayan dostu Yücel Tanay məlumat verib.
Qeyd edək ki, dekabrın 15-də səhhəti kəskin pisləşən alim təcili olaraq əvvəl də əməliyyat olunduğu Ankara xəstəxanasına aparılıb. Dekabrın 17-də isə F. Cəlilov 6 saatlıq əməliyyat keçirib. Uğurla keçən əməliyyatda alimin sol ayağının arterial qan damarı dəyişdirilərək süni damarla əvəz edilib.