Əliməmməd Nuriyev qəzadan qurtuldu

Sabiq deputat özünü yaxşı hiss edir, işə çıxacaq



Avtomobil qəzası keçirən sabiq deputat, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin səhhəti yaxşılaşır.
Bu barədə hüquqşünasın özü "Şərq”ə məlumat verib. Keçmiş millət vəkili hazırda ev şəraitində müalicəsini davam etdirir: "Qəza keçirtdiyim və sonrakı bir neçə gündə baş ağrılarım çox idi. Hazırda isə ağrılarım azalıb, özümü yaxşı hiss edirəm”.

Keçmiş Milli Məclis üzvü həmçinin bu həftənin ortaları və ya gələn həftədən işə çıxacağını da söyləyib.

Məlumat üçün bildirək ki, tanınmış hüquqşünas bir neçə gün öncə, Bakının "Azadlıq” meydanında baş verən avtomobil qəzasında ağır xəsarət almışdı. "BMV” markalı avtomobillə Əliməmməd Nuriyevin idarə etdiyi "Mitsubişi Pajero” markalı avtomobilin toqquşması nəticəsində ikinci avtomobil aşmışdı. Yaxınlıqdakı vətəndaşların köməyi ilə keçmiş deputat tərsinə çevrilmiş avtomobildən çıxarılmışdı və onun başından xəsarət aldığı bildirilirdi.

Vüqar Şahinoğlu