8 il sonra gələn etiraf!

Məhkum kamera yoldaşına adam öldürdüyünü və basdırdığını söylədi
Həbsxanada yatan və adı gizli saxlanan bir məhkum, eyni kamerada qaldığı yoldaşına 8 il əvvəl adam öldürdüyünü və cəsədi bir evin bünövrəsində basdırdığını söyləyib. Kamera yoldaşının xəbər verməsindən sonra şəxsin yenidən sorğulandığı və sorğusunda cinayəti işlətdiyini etiraf etdiyi iddia edildi. İddialardan sonra hərəkətə keçən prokurorluq, cəsədin basdırılmış olduğu iddia edilən Qaziantep, Çat məhəlləsi 75 küçə, 11 nömrəli evin bünövrəsində qazıntı aparıldı. Bələdiyyə işçilərinin köməyiylə qazıntı çalışması təxminən 5 saat davam etdi. Qazıntı işlərində dedektör itlərindən də faydalanıldı. Evin çöl divarı iş maşını köməyiylə dəlindikdən sonra divarlara itlərin digər qisimlərdən də qoxu ala bilməsi üçün matqabla dəliklər açıldı. Dedektör itlər, evin alt qisimində cəsəd qoxusu tapmağa çalışdı. Qazıntı işində bir neçə sümük parçası çıxdı. Araşdırılmaq üzrə mühafizə altına alınan sümük parçalarının insan sümüyü olma ehtimalının aşağı olduğu, böyük ehtimalla heyvan sümüyü ola biləcəyi ifadə edilərkən cəsədin tapılması üçün evin qazıntı işlərinin davam etdiyi öyrənildi.