Kürəyində ütü izləri var

22 yaşlı qızı zəncirləyib qul etdilər



Meksikada 22 yaşlı qız bir ailə tərəfindən qaçırılıb və 2 il boyunca əsir saxlanılıb.

Boynundan bir masaya zəncirlənmiş halda saxlanan Zunduri adlı qızın həyatda qalması belə möcüzədir. Yapon əsilli gənc qız 2 ildir quru təmizləmə şirkətində kölə olaraq çalışdırılıb. Gündə 12 saat paltar ütüləməyə məcbur edilən Zunduri qaçmasın deyə zəncirlənib. Tez-tez döyülən zavallı qız çalışmağa ara verdiyi zaman kəsici alətlərlə işgəncələrə məruz qalıb, kürəyinə qaynar ütü basıblar. Gün ərzində bir dəfə yemək verilən Zunduri aclıqdan ölməmək üçün iş yerindəki politelin və lifləri yeyərək mədəsini aldadıb. İki il boyunca qaçmağa yollar axtarır və sonunda bunu bacarır. Dərhal polisə gedir və saxlandığı yer barədə məlumat verir. Polis iş yerinə basqın edərək 5 nəfəri həbs edir. Quru təmizləmə şirkətinin sahiblərini 40 il həbs cəzası gözləyir. Yaşadığı kabus gənc qızı artıq tanınmaz bir hala salıb. O, artıq xaricən yaşlı qadına bənzəyir. Bədənində çoxsaylı işgəncə yerlərinin yarası və nişanələri var. Fiziki cəhətdən özünü yaxşı hiss etməyən Zunduri uzun müddət müalicə almalıdır. Meksikada xaricilərin kölə olaraq çalışdırılması çox təəssüf ki, getdikcə artır. Rəsmi məlumatlara görə, hazırda ölkədə təxminən 270 min adam kölə olaraq işlədilir.