Dünya tarixinin ən ağıllı insanları arasında sayılan Albert Eynşteyn, 1955-ci ildə ölümündən əvvəl "Kimsə sümüklərimə tapınmasın” deyə cəsədinin yandırılmasını istəmişdi.
Elm adamının istəyi yerinə yetirilmiş və külləri ABŞ-ın şimal-şərqindəki Delavare çayına sovrulmuşdu. Ancaq Eynşteynin yandırılan bədənində beyni və gözlərinin olmadığı sonradan aydın oldu. Eynşteynin nəəşinin tapıldığı Princeton Universiteti xəstəxanasına icazə almadan girən alim Tomas Harvey, Eynşteynin beyninin bir parçasını götürüb dilimlədi.
Bu dilimlər indi Mutter muzeyində sərgilənir. 2011-ci ildə muzeyə gətirilən nümunələr 46 beyin dilimindən ibarətdir. Eynşteynin beyninin boz maddəsi, muzeyin ən çox ziyarətçi çəkən hissəsini əhatə edir.