ABB-nin xarici öhdəliklərinin restrukturizasiyası prosesi başa çatdı
16:26 01.09.2017
Arxiv
625
Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin könüllü restrukturizasiyası planına uyğun olaraq 1 sentyabr 2017-ci il tarixində bankın kreditorlarına yeni maliyyə alətləri təqdim edilmiş və bununla da müəyyən öhdəliklərin dövlətə ötürülməsi uğurla başa çatıb.
"APA-Economics"-in məlumatına görə, 18 iyul 2017-ci il tarixində Azərbaycan Beynəlxalq Bankının kreditorlarının yığıncağı keçirilib. Səsvermənin nəticələrinə əsasən, bankın restrukturizasiya olunan öhdəliklərinin 93.9%-ə malik kreditorlar planın lehinə səs verib. "Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Maliyyə Bazarlarına Nəzarət Palatasının rəyindən sonra Bakı şəhər, Nəsimi Rayon Məhkəməsi 17 avqust 2017-ci il tarixində Planın təsdiqlənməsinə dair qərar çıxarıb.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid Əhədov prosesin nəticəsini belə şərh edib: "Restrukturizasiya prosesi gözlədiyimiz kimi uğurla başa çatıb. Bu prosesin həyata keçirilməsi bankın uzunmüddətli dayanıqlığının təmin olunması baxımından həlledici addım idi. Hazırda bankın problemli aktivlərinin müəyyən hissəsinin Aqrarkredit təşkilatına ötürülməsi istiqamətində yekun tədbirlər həyata keçirilir. Hər iki addım bankın kapitallaşmasını, mənfəətliyini və maliyyə bazarında dayanıqlığını təmin edəcək. Bütün bunlar bankın özəlləşməyə açıq elan edilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsinə də imkan verəcək. Azərbaycan Beynəlxalq Bankının xarici kreditorlar qarşısındakı öhdəliklərinin 11 may 2017-ci il tarixindən elan edilmiş könüllü restrukturizasiyası prosesi Nəsimi rayon məhkəməsinin prosesə xitam verilməsinə dair qərarı ilə tam yekunlaşmış olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
19:00 25.09.2026
Rəsmi
145 nömrəli məktəbdə Anım Günü ilə bağlı tədbir keçirilib
18:54 25.09.2026
Elm və Təhsil
Bakı metrosunda kişi qatar yoluna tullandı
18:42 25.09.2026
Hadisə
Əfv qərarlarında əsas meyar say deyil
18:40 25.09.2026
Aktual
Rusiya “McDonald’s”ı da vurdu
18:00 25.09.2026
Dünya
Türkiyənin İsrail xalqına düşmənçiliyi yoxdur - Ərdoğan
17:57 25.09.2026
Gündəm
Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:37 25.09.2026
Sosial
Qırğızıstanda prezident seçkiləri ilə əlaqədar qadağalar qoyuldu
17:11 25.09.2026
Dünya
ABŞ bu ölkədə üçtərəfli görüş təklif etdi - Zelenski
16:35 25.09.2026
Dünya
Baş nazir və ailə üzvləri ölümlə hədələndi
16:21 25.09.2026
Dünya
İran nə hərb, nə də sülh vəziyyətində qalacaq - ŞƏRH
15:53 25.09.2026
Gündəm
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual