Abdulla Gül Türkiyə prezidenti vəzifəsində ən çox Azərbaycan, Türkmənistan və Fransaya səfər edib





Türkiyə prezidenti Abdulla Gül prezidentliyi dövründə beynəlxalq tədbirlər, rəsmi və işgüzar səfərlər daxil olmaqla, 66 ölkəyə səfər edib.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, A. Gülün ən çox səfər etdiyi ölkələr Azərbaycan, Türkmənistan və Fransa olub.
Türkiyə prezidenti bu ölkələrin hər birinə 6 dəfə səfər edib.
A. Gül prezidentliyi dönəmində 31 ölkənin lideri Türkiyəyə ilk səfərini gerçəkləşdirib.
7 illik prezidentliyi dövründə A. Gülün dəvəti ilə ümumilikdə Türkiyəyə 98 ölkənin başçısı səfər edib.