“Abituriyentləri deyirəm. İndi də intihar xəbəri paylaşılır...Niyə??? ” - SOS SİQNALI





Qəbul imtahanı stresi başlayıb. Və təəssüf ki, ilk qurban da var. Paytaxtda 17 yaşlı oğlan yaşadığı binanın 10-cu mərtəbəsindən özünü atıb. İntihara səbəb kimi yeniyetmənin imtahanda az bal toplaması göstərilir. Belə xəbərlər abituriyentləri də, onlardan qat-qat çox valideynlərin narahatlığını artırır. Pediatr Vaqif Qarayev də məhz bu problemə toxunub və «Facebook» səhifəsində uşaqları gözləyən təhlükədən yazıb:

- Depressiya, davamlı, ya keçici müxtəlif psixoloji problemlər yaşayırlar.

Abituriyentləri deyirəm. İndi də intihar xəbəri paylaşılır...Niyə???

Bizim valideynlərin övladla bağlı İKİ müqəddəs arzusu var - təhsil alsın və ailə qursun. Təbii arzulardı. Amma əksər hallarda valideyn zorakılığı, valideyn eqoizmi var.

Mobbinq, bullinq ailədən başlayır. Nər şeydə məktəbi, mühiti günahlandırmayaq. 5-6 nəfərlik qrup repetitor yanına gedir (4-cü qrup) onlardan yalnız bir nəfər həkim olmaq istəyir. Yerdə qalanları valideyn məcbur edir. Bal yığa bilməsə o uşaqların sonu necə olacaq? Yüzlərlə belə misal nümunə gətirə bilərəm. Uşaqları qoruyaq. Əsas sağlam olsunlar. Təhsil-filan sağlamlıqla müqayisə olunmaz.
Qeyd edək ki, pediatrın fikirləri sosial şəbəkədə xeyli tərəfdar toplayıb. Rəyçilər həkimlə razılaşdıqlarını, valideynlərin uşaqlara basqısının yolverilməz olduğunu bilidiblər.

Həbibə Abdulla yazıb:

- Mənim Dunya bacım çox həyəcanlanır oğlunun qiymətləri düşəndə. O gün danışırıq, dedim vallah, bacı, 3 qızımın hamısına oxumağın üstünlükləri haqda təbliğat aparacam, hansı oxudu oxudu, oxumaq istəməyənə zor yoxdur, onu sənətə yönləndirəcəm. Uşaq oxumur deyə öz əsəblərini də, uşağın həyatını da zəhərə döndərmək olmaz. Bəlkə də yanlış düşünürəm, amma bu intiharları gördükdən sonra fikrimdə lap qətiləşirəm, övladım olmayandan sonra rədd olsun təhsil də, diplom da!

Dünya Sakit:

- Belə danışırsan, uşaq məktəbə getsin, görəcəm səni. Mən düşünürəm ki, övladlarım ali təhsil almasalar belə, normal bazaları olsun - ən azından məlumatlı olsunlar bir çox şeylərdən. Orta məktəb proqramını orta səviyyədə də olsa mənimsəsinlər. Bu, onların gələcək həyatı üçün çox vacibdir, amma həyatlarından artıq deyil, əlbəttə. Sadəcə, bir valideyn kimi mənim borcumdur ki, övladlarımın savadlı, bacarıqlı mütəxəssis olması üçün əlimdən gələni edim.

Məlahət