ABŞ: Avro bir ilə çökə bilər





ABŞ-ın Avropa Birliyində  səfiri olması gözlənilən Ted Malloch, avronun önümüzdəki 1-1,5 il içərisində çökə biləcəyini söyləyib.

Malloch, BBC-yə verdiyi açıqlamada, avro pul vahidinin ciddi problemləri olduğuna diqqət çəkərək, "Avronun gerçək problemləri var. Avro, önümüzdəki 1-1,5 il içərisində çökə bilər. Mən olsam, 2017-ci ildə avrolarımı satardım." deyə danışıb.

Böyük şirkət birləşmələri və satınalma razılaşmalarının bir neçə ay içərisində tamamlana bildiyini qeyd edən Malloch, İngiltərənin AB-dən ayrılma müddətini rəsmi olaraq başlatmasının ardından 90 gün içərisində ABŞ-la bir ticarət razılaşması edə biləcəyini söylədi.

Malloch, İngiltərənin ABŞ-la ticarət əlaqələrinə AB tərəfindən icazə verilməməsinin "axmaq" olduğunu ifadə edib.

Ted Mallochun yaxın zamanda ABŞ prezidenti Donald Trump tərəfindən ABŞ-ın AB-dəki səfiri vəzifəsinə təyin edilməsi gözlənilir.