" ABŞ-dakı qəbiristanlığı cənnətə oxşatdım, amma bizdə..." - Deputatdan etiraz

"İnsanlar təmtəraqlı dəfn mərasimləri keçirməklə günahlarnı yuduqlarını düşünürlər,amma bu, belə deyil”
Bu barədə "Sherg.az”a millət vəkili Tahir Kərimli bildirib.
Onun sözlərinə görə, qərar hələ qanun demək deyil:
"Qanun yerinə yetirilməyəndə məsuliyyət nəzərdə tutulur. Qərar nədir? Qərar tövsiyə etmək xarakterlidir. Qərara əməl olunsun, yerinə yetirilsin, pozulmasın ! Bu, qərar olaraq yaxşıdır. İnsanlara ehsan verib vermədiyinə görə, məcbur etmək olmaz. Bu qanun sadə insanlara deyil, elə məclis keçirənlərə, din xadimlərinə aiddir. Bunun yerinə yetirilməməsini düzgün qeyd edirsiz. Bəzi yerlərdə buna əməlolunmur. Əlbəttə, çox az insan buna riayət edir. Bəziləri özlərini göstərir. Bu cür insanlar validenlərinə, yaxınlarına sağlığında yaxşı qulluq etməyənlərdir. Bu yolla günahlarını yumağa çalışırlar. Sən bu cür ehsan verməməlisən. 
Həmin insanların sağlığında xəstə, qoca olsa, ona baxmalısan. Yaxşı iş deyil. İnsan bu cür işlərlə özünü göstərməz. Təəsüf edirəm ki, sözügedən qaydaya hamı əməl etmir. Ona ciddi yanaşılmır. Bunun cəzalandırma metodu da yoxdur. Düzdü, bu, dövlət tərəfindən qoyulmuş bir qanun deyil. Dini xadimlərinın qoyduğu qaydadır. Həmin qərara əməl olunmamasına təəsüf edirəm”.
Dünyasını dəyişən insanlara xatirə olaraq qoyulan dəbdəbəli qəbir daşlarından söz açan millət vəkili onu da söyləyib ki, qəbirlər sadə olmalıdır:
"Açıq danışacam. Ata, ana, baba və nənəmin üstünə mərmər deyil, adi qəbir daşı qoydurmuşuq. Mən ABŞ-da olanda "Arlinqton" milli qəbiristanlığı vardı. Orada demək olar ki, ancaq 70 sm boyunda qəbir daşları vardır. Hər yan çəmənlik, gül-çiçək idi. Qəbiristanlığı ilk baxışda cənnətə oxşatdım. Türkiyə, İran və Suriyada olanda anoloji vəziyyəti görürdüm. Oradada təmtəraqlı qəbirlər vardı. Amma müəyyən sadəliyə əməl etmək halları daha çox idi. Gürcüstanlılar da böyük qəbirlər və ya qəbirlərin üstünə heykəl qoyurlar. 
Bu haqda qanun lahiyəsi hazırlanır.Müəyyən standartlar veriləcək. Yeni qanun tezliklə qəbul olunacaqdır. İnsanlar utanmamalıdır ki, valideynlərini təmtəraqlı dəfn mərasimləri keçirməklə onlara hörmət etmiş olmurlar. Bu, düzgün yanaşma deyil.Bəziləri var, maddi imkasızlığa görə, belə dəfn mərasimləri təşkil edə bilmirlər. Onları da düşünmək lazımdır. İmkanı olanlar yaxınları dünyasını dəyişəndə təmtəraqlı məzar daşı qoydurur, bolçeşidli süfrə açır, imkanı olmayanlar da bunu edə bilmir və özünü aşağılanmış sayır".
Kənan Eynuroğlu