ABŞ-ın andlılar məhkəməsi Manafortu 8 maddə üzrə təqsirkar bilib
11:37 22.08.2018
Arxiv
817
ABŞ-ın Virciniya ştatının Aleksandriya şəhərində federal andlılar məhkəməsi Prezident Donald Trampın seşkiqabağı təşviqat kampaniyası qərargahının sabiq sədri Pol Manafort barədə qərar qəbul edib. O, ittiham olunduğu 18 maddədən 8-i üzrə təqsirkar bilinib.
AZƏRTAC xəbər verir ki, ittihamlar üzrə səkkiz maddədən beşi vergilərdən yayınma, biri xarici bank hesablarının rəsmən açıqlanmaması, ikisi bank fırıldaqçılığı ilə bağlıdır. Yerdə qalan 10 maddəni hakim etibarsız hesab edib. Çünki andlılar həmin maddələr üzrə ittihamlar barədə razılığa gələ bilməyiblər.
Vaşinqtondakı siyasi şərhçilər məhkəmənin hökmünü vəkil Robert Müllerin Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkilərinə güman edilən müdaxiləsinin araşdırılması işində mühüm qələbəsi hesab edirlər. İttiham aktının hər maddəsi uzunmüddətli həbs nəzərdə tutur. Əgər hakim andlıların nəticələri ilə razılaşarsa, P.Manafortu 80 ilədək həbs cəzası gözləyir. Belə olan halda 69 yaşlı P.Manafort ömrünün qalan hissəsini həbsxanada keçirəcək.
Xüsusi vəkil Robert Müller və onun prokuror komandası Pol Manaforta qarşı hələ fevral ayında ittiham irəli sürüb. İki həftə davam edən məhkəmə araşdırması zamanı vəkil Pol Manafortun dəbdəbəli həyatının xərclərini ödəməsi məqsədilə ABŞ hökuməti orqanlarından milyonlarla dollarları gizlətdiyini sübut etmək və dəlilləri nümayiş etdirmək üçün onun onlarca mühasibini və köməkçisini məhkəmə qarşısında sorğu-sual edib. ABŞ Prezidenti Donald Tramp Pol Manafort barədə hökmü "rüsvayçılıq” adlandırıb.
Bununla yanaşı, sentyabrda Vaşinqtonda P.Manafortun lobbiçilik fəaliyyəti üzrə dinləmələr başlanacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə