ABŞ Prezidenti: Bağdadi öldürülüb
14:26 27.10.2019
Arxiv
425
İŞİD terror təşkilatının rəhbəri Əbubəkr əl-Bağdadi dünən gecə ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı öldürülüb.
APA -nın xəbərinə görə, bunu bu gün keçirdiyi mətbuat konfransında ABŞ Prezidenti Donald Tramp bəyan edib.
D. Tramp DNA testinin keçirildiyini və öldürülən şəxsin İŞİD terror təşkilatının rəhbəri olduğunun təsdiqləndiyini söyləyib: “Rusiyaya, Türkiyəyə, Suriyaya və suriyalı kürdlərə İŞİD terror təşkilatının liderinin öldürülməsində bizə verdikləri dəstəyə görə təşəkkür edirəm. Texnologiyanın yardımı ilə o terrorçunun tuneldə öldürülməsini Müdafiə Naziri və bir neçə generalla birlikdə əməliyyatını izlədik. Əbubəkr əl-Bağdadinin yanındakı terrorçular müqavimət göstərməyə çalışsalar da, qısa müddətdə zərərsizləşdirildilər. Tuneldə gizlənən Əbubəkr əl-Bağdadi 3 uşağını da yanında götürərək qaçmağa başladı. Həmin tunelin çıxışı yox idi. Üzərindəki partlayıcı qurğunu işə saldı, özü ilə bərabər 3 uşağını da öldürdü. Əməliyyatda bir amerikalı əsgər belə yaralanmadı. Əbubəkr əl-Bağdadi bir qorxaq köpək kimi öldürüldü”.
Qeyd edək ki, bu gün “Newsweek” jurnalı ABŞ Quru Qoşunlarındakı mənbəyə istinadən İŞİD terror təşkilatının rəhbəri Əbubəkr əl-Bağdadi ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı öldürüldüyü barədə məlumat yayıb. Pentaqon Ağ Evə keçirilən əməliyyat zamanı böyük əminliklə İŞİD liderinin öldürüldüyü barədə məlumat verib. Jurnal yazıb ki, ABŞ Prezidenti Donald Tramp bir həftə əvvəl əməliyyatın keçirilməsini dəstəkləyib. D. Tramp artıq “Twitter” sosial şəbəkəsindəki səhifəsində “çox əhəmiyyətli hadisə”nin baş verdiyini yazıb. Ancaq ABŞ Prezidenti hansı hadisənin baş verdiyinə aydınlıq gətirməyib. Sonradan Ağ Evin mətbuat xidməti D. Trampın bu gün yerli vaxtla saat 09.00-da (Bakı vaxtı ilə saat 17.00) vacib bəyanat verəcəyini açıqlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstan Rusiya ilə sərhədi bağladı
18:01 13.08.2026
Cənubi Qafqaz
Abituriyentlərin gələcəyi biznesə çevrilib - Ekspert
17:55 13.08.2026
Elm və Təhsil
İran və ABŞ qapalı danışıqlar aparır
17:47 13.08.2026
Gündəm
İnfantino DÇ-2030-da 64 komandanın iştirakını istəyir
17:27 13.08.2026
Dünya
Ukraynalı polkovnikin külü Rotterdamdan Kiyevə gətirildi
17:20 13.08.2026
Dünya
Tufandağ buzlağının ekosistemində dəyişikliklər qeydə alınıb
17:13 13.08.2026
Ekologiya
SEPAH: Hörmüz boğazı tamamilə İranın nəzarəti altındadır
17:06 13.08.2026
Gündəm
Pişiklər bizə nə öyrədir? - Olduqca maraqlıdır
16:53 13.08.2026
Maraqlı
Husilər Yəməndə hökumət qüvvələrinə dron zərbəsi endirib
16:43 13.08.2026
Dünya
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı
16:43 13.08.2026
Gündəm
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq