ADPU-nun şöbə müdiri vəfat edib
09:10 25.08.2021
Arxiv
476
Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) Elmi təşkilat şöbəsinin müdiri Əli Allahverdiyev vəfat edib.
O, dünən 69 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Əli Qulu oğlu Allahverdiyev 1952-ci ilin 22 martında Göyçə mahalının Cil kəndində anadan olub.
1959-1969-cu illərdə Cil kənd orta məktəbində təhsil alıb. 1969-cu ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitunun ümumiqtisad fakültəsinin siyasi iqtisad ixtisasına qəbul olunub.
1974-cü ildə ali məktəbi müvəffəqiyyətlə bitirib, “iqtisadçı, siyasi iqtisad müəllimi” ixtisasını alıb.
1978-1981-ci illərdə Bakı Dövlət Universitetinin qiyabi şöbəsində aspiranturada oxuyan Əli Allahverdiyev 1987-ci ildə Daşkənd şəhərində namizədlik dissertasiyası müdafiə edib, iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. Ə.Q.Allahverdiyev 2005-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutunun ixtisaslaşdırılmış müdafiə şurasında "Bazar iqtisadiyyatının təşəkkülü prosesində makroiqtisadi dinamik və struktur dəyişikliklərinin tənzimlənməsi problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
O, bir dərsliyin, üç monoqrafiyanın, dörd dərs vəsaitinin, iqtisadi nəzəriyyə üzrə proqram və metodik vəsaitlərin, 100-dən artıq elmi məqalənin müəllifidir.
Ə.Allahverdiyev Təhsil Nazirliyinin iqtisadiyyat üzrə metodiki komissiyasının üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının İqtisadiyyat bölməsinin eksperti olub.
Ə.Allahverdiyev 1997-ci ildən 2012-ci ilədək ADPU-da “İqtisadi və sosial fənlər” kafedrasının müdiri vəzifəsində çalışıb. 2012-ci ildən 2019-cu ilədək isə ADPU-nun Quba filialının direktoru olub. O, 2019-cu ildən universitetin Elmi təşkilat şöbəsinin müdiri idi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəlilabadda 19 yaşlı gənc suda boğulub
18:51 28.05.2026
Hadisə
Əli Baqeri: Amerikalılara etibar etmək olmaz
18:42 28.05.2026
Region
Avropa Komissiyası "Temu"nu cərimələdi
18:33 28.05.2026
Cəmiyyət
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
17:36 28.05.2026
Hadisə
Türkiyənin Qara dəniz sahillərində 3 tankerə dron hücumu olub
17:24 28.05.2026
Dünya
Pakistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
17:17 28.05.2026
Dünya
Çin və ABŞ arasında 30 milyard dollarlıq razılaşma
16:50 28.05.2026
Dünya
Zaxarova: İrəvan Rusiya əleyhinə kampaniyanı alqışlayır
16:42 28.05.2026
Region
İsrail Müdafiə Ordusu Livana zərbə endirdiyini bildirib
16:33 28.05.2026
Dünya
Bakıda və bölgələrdə külək güclənəcək
16:25 28.05.2026
Ekologiya
Neymar Braziliya millisinin məşqini buraxıb
16:16 28.05.2026
Futbol
SEPAH: Son sutkada Hörmüz boğazından 26 gəmi keçib
16:08 28.05.2026
Region
“Sabah” kapitanı ilə vidalaşdı
15:59 28.05.2026
Futbol
Sabah gecədən intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:50 28.05.2026
Ekologiya
Peter Pelleqrini İlham Əliyevi təbrik edib
15:20 28.05.2026
Rəsmi
İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir
15:07 28.05.2026
Rəsmi