Ağ Ev Türkiyə-Ermənistan sərhədlərinin açılmasını yenə gündəmə gətirdi
10:35 01.07.2014
Arxiv
384
Rəsmi Vaşinqton proqramın həyata keçirilməsi üçün münbit şərait axtarır
Amerikanın Ermənistandakı səfiri Con Xeffern Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşmasından və iki ölkə arasındakı sərhədlərin açılmasından danışıb. Diplomat bildirib ki, sözügedən məsələlər ABŞ hökumətinin prioritet məqsədlərindən biridir. "Surixdə imzalanan protokollar, məhz bu məqsədə xidmət edirdi və hansısa ayrı niyyət güdülmürdü”.
Səfirin bəyanatını şərh edən Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli "Şərq”ə açıqlamasında qeyd edib ki, Surix protokolları imzalanarkən də sərhədlərin açılması layihəsinin müəllifi ABŞ olub: "Ağ Ev rəhbəri Barak Obama İstanbulda olarkən ciddi-cəhdlə çalışırdı ki, Azərbaycan prezidenti İlham Əliyev də onlarla birgə tədbirə qatılsın. İkili görüş çərçivəsində İ.Əliyevdən sərhədlərin açılmasına dair razılıq almaq istəyirdi. Amma dövlətimizin başçısı həmin səfərə getmədi. Bununla da sübut etdi ki, Azərbaycan müstəqil xarici siyasət yürüdür. Ölkənin milli maraqları hər şeydən üstündür”.
ABŞ-ın sərhədlərin açılması barədə layihədən indi də imtina etmədiyini deyən E.Nəsirlinin qənaətincə, rəsmi Vaşinqton proqramın həyata keçirilməsi üçün münbit şərait axtarır: "Ağ Ev layihədən Azərbaycan və Türkiyəyə müəyyən basqı vasitəsi kimi istifadə edir”.
Azərbaycan prezidentinin Avropa Şurası Parlament Assambleyasındakı çıxışına diqqət çəkən ekspert bildirib ki, bu çıxış müəyyən qüvvələrin xoşuna gəlməyib: "Bu baxımdan onlar təsir mexanizmlərini işə salmaq istəyirlər. İlk baxışdan unudulmuş məsələni yenidən gündəmə gətirirlər. Amma belə cəhdlərin heç bir nəticəsi olmayacaq. Ölkəmiz balanslı, çevik və çoxvektorlu siyasət yürüdür”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Yaxın Şərqdəki qüvvələrini azaltmayacaq - KİV
22:59 15.06.2026
Dünya
Tramp: İranla münaqişədən sonra ABŞ Ukraynaya fokuslanacaq
22:41 15.06.2026
Dünya
Ağdamda 50 yaşlı kişi arı sancmasından şoka düşüb
22:00 15.06.2026
Hadisə
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
21:44 15.06.2026
Gündəm
Tramp, Vens və Qalibaf sazişi imzaladılar
20:44 15.06.2026
Dünya
SSRİ Avropaya sülh və sabitlik bəxş etdi - Patruşev
20:14 15.06.2026
Dünya
Vens: İran öhdəliklərini yerinə yetirmədən pul almayacaq
19:24 15.06.2026
Dünya
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
18:28 15.06.2026
İqtisadiyyat
Hörmüz boğazından neft daşıyan gəmilərin hərəkəti bərpa olunub
18:02 15.06.2026
Gündəm
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
17:49 15.06.2026
Hərbi
ABŞ-İran memorandumunun imzalanması ilə bağlı qərar gözlənilir
17:10 15.06.2026
Gündəm
Rusiyada seçkilər zamanı internet söndürüləcək
16:34 15.06.2026
Region
Ağdamda çobanların davası qanla bitdi
16:22 15.06.2026
Hadisə