Ağacan Abiyev İntizam Komissiyasının sədrliyindən uzaqlaşdırıldı?




Milli Məclisin İntizam Komissiyasının sədri dəyişməyib. Bununla bağlı yazılanlar yanlış məlumatlardır.

"Sherg.az" bildirir ki, bunu report-a açıqlamasında parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

O bildirib ki, hər hansı komissiyanın sədrinin dəyişdirilməsi səsvermə yolu ilə olur: "Bunun üçün də iclas keçirilməlidir. Belə bir şey olmayıb. Ümumiyyətlə, Siyavuş Novruzov İntizam Komissiyasının üzvü deyil".

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov da report-a açıqlamasında məlumatı təkzib edib: "İntizam Komissiyasının sədri seçilməmişəm".

Qeyd edək ki, bəzi saytlarda Milli Məclisin İntizam Komissiyasının sədrinin dəyişdiyi, deputat Ağacan Abıyevin yerinə Siyavuş Novruzovun seçildiyi qeyd olunub.

----------

13:23

Milli Məclisin İntizam Komissiyasının sədri dəyişdirilib.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, Ağacan Abiyev İntizam Komissiyasının sədri vəzifəsindən çıxarılıb.

İntizam Komissiyasının sədri vəzifəsinə deputat Siyavuş Novruzov təyin edilib.

Qeyd edək ki, Siyavuş Novruzov həm də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədridir.